Rəsmi Tehran Misirdə ziələrin qətlini pislədi

img

25-06-2013 [06:07]


İranın Xarici İşlər Nazirliyi bəyanat yayıb. "İslamazeri.az" "İRİB"ə istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyi 4 misirli şiənın şəhid edilməsini pisləyərək, Misir vətəndaşlarından ifratçılığa əsaslanan və islami qruplar arasında təfriqəyə gətirib çıxaran hər bir hərəkətdən çəkinməyə çağırıb. İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Misirin dərrakəli xalqı öz müdrik rəhbərlərinin yardımı əsasında keçmişdə olduğu kimi, Sionistlərin İslam dini ilə xristian dini arasında və məzhəblərarası fintnə planlarını zərərsizləşdirərək, öz inqilabları və milli birliklərini müdafiə edəcəklər". Bəyanatda Misir xalqından istənilib ki, tam ayıq-sayıqlıqla islamı qruplar arasında təfriqənin törədilməsinin qarşının alınmasına diqqətli olsunlar. Qeyd edək ki, ifratçı Sələfilər ötən bazar günü (23 iyun) Misir paytaxtı Qahirənin cənubunda yerləşən əl-Cizə vilayətində şiə ruhani və 3 şiəni qətlə yetiriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA