«Taksim ocağı» hələ sönməyib

img

10-07-2013 [16:07]


Politoloq Toğrul İsmayılın fikrincə, AKP iqtidarı növbəti seçkidən itki ilə çıxacaq

Taksim Gəzi parkında başlayan etiraz aksiyaları hazırda səngimiş kimi görünse de, bu, hadisələrin tam anlamda bitdiyini demək olmaz.

Bu fikirləri «Reytinq»ə açıqlamasında Ankara TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib. Onun sözlərinə görə, hadisələr, etiraz aksiyaları şəklindən çıxaraq, daha yeni müsteviyə, siyasi polemikalara daşınıb. Müsahibimiz onu da bildirib ki, etiraz dalğasının səngiməsi aldadıcı xarakter daşıyır. Yəni, Türkiyə cəmiyyətini narahat edən problemler öz həllini tapmadıqca etiraz dalğaları hər an ölkəni bürüyə bilər.

T.İsmayıl bildirib ki, əslində Gəzi Parkı olayları AKP hakimiyəti dövründə illərdən bəri yığışmış ayrı-ayrı problemlərin son heddə çatdığının siqnalı idi: «Gəzi Parkında 3-4 ağacın kəsilməsinə etiraz olaraq başlayan bu protesto, əslində Türkiyə cəmiyyətində ciddi problemlərin və etirazların var olduğunun bir işarəsiydi. Əfsuslar olsun ki, nə iqtidar, nə də müxalifət partiyaları baş verən bu olayları doğru analiz etə bilmədilər. Baş verən etirazın heç də birbaşa AKP iqtidarına və baş nazirə qarşı olmadığı görülürdü. Etirazlar iqtidarın etdiklərinə deyil, daha çox baş nazir Rəcəp Tayyip Ərdoğanın son illərdə ortaya çıxan danışıq tərzi və fərdi azadlıqları hədəf alan çıxışlarına qarşı idi. Mənim şəxsi qənaətimə görə, Gəzi Parkı hadisəsi Ərdoğana dünyanın ən demokratik lideri ünvanına sahip olması üçün şans yaratmışdı. Lakin bu yanlış yönləndirmə və dəyərləndirmə sonucunda bu fürsət ələn qaçırılmış oldu».

Politoloq onu da vurğulayıb ki, etirazlar uzandıqca önə marjinal qruplar çıxmağa başladı və bu da digər dinc etirazçıları narahat etməyə başlayırdı. Onun sözlərinə görə, buna göre de etirazlar getdikçe azalmağa ve lakollaşmağa başlayırdı: «Lakin Taksimdəki aksiyaya polisin son şiddətli müdaxiləsi prosesin təkrar başlanğıc nöqtəsinə daşıdı və bir daha göstərdi ki, Ərdoğanın sert mövqeyində qalmağı davam edir. Bunu deyə bilerem ki, son sorğular AKP-nin önümüzdəki seçkilərdə itkilərinin olacağını göstərir. Amma Ərdoğanın hər zaman belə çətin situasiyalardan məharətlə çıxdığının şahidi də olmuşuq».


Azərbaycanın bu hadisələrə münasibətinə gəlincə, T.İsmayıl bildirib ki, bu hadisələr qardaş Türkiyənin daxili məsələsidir və rəsmi Bakı hadisələrə sadəcə, öz həssaslfğfnf bildirə bilər. «Türkiyədəki sabitlik Azərbaycan üçün vacibdir. Eyni zamanda, Türkiyədə demokratiyanın inkişafı da Azərbaycan və onun toplumu üçün əsas şərtlərdən biridir. Düşünürəm ki, məhz bu səbəbdən rəsmi Bakı bir mövqe ortaya qoya bilmədi. Bu hadisələrə necə yanaşacağını bbacarmadı. O ki qaldı cəmiyyətdəki fikirlərə, onlar olduqca müxtəlifdi. Burada mən hadisələrin içində olmadan sadəcə, tərəflərin propoqanda materiallarına istinadla formalaşan fikirləri və təpkiləri gördüm. Yanaşmaların çoxu olduqca səthi idi. Doğrudur, bu da anlaşılandır. Hadisələr yenidir, sonuca varmayıb, ona görə də hər hansı bir nəticə sadəcə, sübyektiv yanaşma olacaqdır. Amma qətiyyətlə bunu deyə bilərəm ki, Taksim hadisələrindən sonra Türkiyə əvvəlki Türkiyə olmayacaq, Türk cəmiyəti də əvvəlki cəmiyyət deyil. Türk toplumu Dünyaya yeni demokratiya dərsi verdi. Türkler bir daha sübut etdilər ki, azadlıq və demokratik haqlar onlar üçün hər şeydən üstündür», deyə politoloq fikrini tamamlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA