Bəzər Əsədə 20 gün vaxt verildi

img

24-05-2013 [01:55]


Yaxın zamanlara qədər Suriya milli koalisiyasına başçılıq edən, Suriya müxalifətinin ən əsas simalarından biri Moaz Hatib ölkədə baş verən krizisin həlli yolunu tapmaq üçün hazırladığ planı elan edib. Moaz Hatibin planına əsasən, əgər ölkə başçısı Bəşər Əsəd hakimiyyəti vitse-prezidentə və yaxud baş nazirə verərsə, onun və ailəsinin ölkədən sağ-salamat çıxıb getmələri üçün hər bir imkan yaradılacaq. Bu təklif haqda düşünmək üçün Hatib Əsədə 20 gün vaxt verib. Bəşər Əsəd isə onun gedişinin ölkədəki xaosu həll edəcəyi yox, əksinə vəziyyəti daha da gərginləşdirəcəyi qənaətindədir. Xatırladaq ki, Suriya hadisələri 2011-ci ilin 11 martından başlayıb. BMT-nin rəsmi statistikasına əsasən, konflikt müddətində olkədə 70 mindən çox insan həyatını itirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA