Baz Prokurorluqdan Xalidə Xalidin həbsi ilə bağlı açıqlama verildi

img

07-05-2013 [10:40]


Təbrizdə həbs olunmuş iki Azərbaycan vətəndaşının işinə tez bir zamanda baxılacaq və qısa müddət ərzində məlumat veriləcək. Bunu İranın baş prokuroru və Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsini Əjeyi deyib. Trend-in məlumatıa görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı "İribnews" məlumat verir. Əjeyi bildirib ki, həmin vətəndaşların həbsi ilə bağlı Təbriz prokurorluğundan məlumat alıb. Onların həbs olunması səbəbləri və detalları barədə indi açıqlama verə bilməsə də, tez bir zamanda bununla bağlı məlumat veriləcək. Xatırladaq ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA