17-09-2018 [22:00]
Bu gün Soçi şəhərində Rusiya prezidenti Putinlə Türkiyəli həmkarı Ərdoğan təkbətək görüşdən sonra mətbuata birgə açıqlamalar veriblər.
Mia.az xarici mətbuata istinadən xəbər verir ki, ilk çıxış edən Putin son 7 ay içində iki ölkə arasında ticarət dövriyyəsinin 34 dəfə artdığını deyib:
"Bu gün cənab Ərdoğanla çox ətraflı müzakirələr apardıq. Bu il 4-cü dəfə bir araya gəldik. 10 gün əvvəl Tehranda zirvəyə qatılmışdıq. Bugünkü görüşdə ikitərəfli münasibətləri, əlaqələri, aramızdakı ticarətin artmasının detallarını müzakirə etdik. Bu il 7 ayın içində ticarət dövriyyəmiz 34 dəfə artaraq, 15 milyard dollara çatıb. Cənab Ərdoğanla hesab edirik ki, ikitərəfli ticarətdə milli valyutamızdan istifadə etməyimiz lazımdır. Bundan başqa, enerji sahəsində strateji layihələri davam etdirəcəyik. Eyni zamanda, Ərdoğanla Türkiyə-Rusiya arasında "turzim ili" üçün hazırlıqları dəyərləndirdik".
Putin deyib ki, Ərdoğanla Suriya probleminin həlli məsələsini də müzakirə ediblər: "Orada yaşam məsələsinin yaxşılaşdırılması üçün birgə çalışırıq. İdliblə bağlı da birgə işbirliyi içindəyik. İdliblə bağlı cox vacib razılıq əldə etdik. Biz narahatlığımız İdlibdə olan döyüşçülərin xüsusi ilə Hələbə hücum etməsidir. Bundan başqa, rus bazalarına da oradan təhlükələr var. Bu gün bu məsələləri də detallı müzakirə etdik. Və qərar aldıq ki, 15 oktyabra qədər bu bölgə silahsızlaşdırılsın. Əl-Nüsra döyüşçüləri bu bölgədən çəkiləcək. Bəli, cənab Ərdoğanın təklifi ilə o bölgədən ağır silahların çəkilməsinə qərar verdik. Bununla da bütün müxalif qruplar silahlarını oradan çıxaracaq. O bölgəyə Rusiya və Türkiyə əsgərləri birgə nəzarət edəcəklər".
Putin deyib ki, Suriya ilə bağlı Astana razılaşmasına əməl edəcəklər: "Biz, eyni zamanda, Cenevrə görüşlərinin sürətləndirilməsinə çalışacağıq. Bu gün ortaq, vacib və daimi çabalarına görə türk həmkarıma minnətdaram".
Türkiyə prezidenti Ərdoğan isə deyib ki, bu gün Rusiyada olmaqdan məmnundur: "Başda cənab Putin olmaqla sizlərə minnətdaram. Hazırda bizim iqtisadi sahədə işbirliyimiz uğurla inkişaf edir, ticarət dövriyyəmiz artır...".
Ərdoğan Suriya məsələsinin Tehranda müzakirə edildiyini xatırladıb və Türkiyənin narahatlığını orada qabartdığını bildirib: "İdliblə bağlı qarşılıqlı narahatlıqlarımız istiqamətində önəmli məsafə qət etdik. Oradakı müxaliflərlə rejimin nəzarətindəki zonada təhlükəsiz bir sahə formalaşdırılacaq. Müxaliflər olduqları yerdə qalacaqlar. Rusiya İdlibin təhlükəsiz bölgəsinə hücum edilməməsi məsələsində gərəkli təminatı göstərəcək. Koordinasiyalı patrul xidməti həyata keçiriləcək. Türkiyə müşahidə məntəqələrini artıracaq".
Ərdoğanın sözlərinə görə, İdlibdən böyük bir köçün qarşısına keçməyə çalışırlar: "Bu, Türkiyənin yeni yüklə qarşılaşmaması ilə yanaşı, Rusiya və digər ölkələr üçün də böyük qazancdır. Suriyanın torpaq bütövlüyünə əsl qəsdi edən YPG/PYD-dir. Fəratın şərqindəki terror bataqlıqlarının qurudulması gərəkdir. Biz Afrin və Fərat əməliyyatı ilə addımlar atdıq. Oxşar addımlar YPG/PYD-nin nəzarətindəki bölgələrdə də atılmalıdır".
Mia.az
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq