Zakir Həsənov hərbi təlimlər keçirilən bölgədə - FOTO

img

17-09-2018 [16:27]


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanıİlham Əliyevin təsdiq etdiyi plana əsasən, keçirilən təlimlərə rəhbərlik etmək üçün müdafiə naziri general-polkovnikZakir Həsənovtəlimlər keçirilən bölgəyə gedib.

Bu barədə Mia.az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri və nazirliyin digər rəhbər heyəti hərbi hissənin ərazisində ucaldılan ümummilli liderHeydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül dəstələri qoyaraq hörmət və ehtiramlarını ifadə ediblər.

Sonra general-polkovnik Z.Həsənov müxtəlif poliqonlar və təlim sahələrində keçirilən təlimin senarisinə uyğun olaraq qarşıya qoyulan məqsəd və vəzifələr barədə məruzələri dinləyib.

Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə və təlim iştirakçılarına bir daha çatdıran Müdafiə naziri genişmiqyaslı əməliyyat-taktiki təlimlərin təşkili və keçirilməsi ilə bağlı müvafiq göstərişlər verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR