Bakıda universitetdə əlbəyaxa dava; Tələbələr bir-birini qana boyadı

img

23-04-2013 [04:27]


Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Memarlıq və İnşaat Universitetində tələbələr arasında dava düşüb. Rayon Polis İdarəsindən verilən məlumata görə, H.Cavid prospektində yerləşən universitetin əsas binasında 1-ci kurs tələbəsi, Türkiyə vətəndaşı, 1995-ci il təvəllüdlü Fərəci Rəfail Ruslan oğlu orada təhsil alan digər tələbə, Türkiyə vətəndaşı 1993-cü il təvəllüdlü Canlar İsmayıl Kan oğlunu vurub. 18 yaşlı R.Fərəci həmkarına başla zərbələr endirib. İ.Canlar göz və üst çənə nahiyəsindən ağır xəsarət alıb. Universitetə təcili tibbi yardım çağırılıb. Faktla əlaqədar araşdırmalar aparılır. Qeyd edək ki, ilkin məlumatda dava edən tələbələrin Texniki Universitetin tələbələri olduğu bildirilir(Lent.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA