Mədəniyyət və Turizm Nazirliyinə qarzı dava təxirə salınıb; Nazirdən pul tələb olunur

img

23-04-2013 [10:16]


Əbülfəs Qarayevin rəhbərlik etdiyi Mədəniyyət və Turizm Nazirliyi ARDNŞ-in ?Azəriqaz? İstehsalat Birliyi tərəfindən məhkəməyə verilib. Qurumun nazirliyə qarşı atdığı bu addımın səbəbi isə istifadə olunmuş təbii qaza görə yaranmış borcun ödənilməməsi ilə bağlıdır. Mia.az-a daxil olan məlumatda borcun məbləği dəqiq göstərilməsə də, tərəflər arasındakı məhkəmə çəkişməsinin hazırda Bakı Apellyasiya Məhkəməsində davam etdirildiyi bildirilir: ??Azəriqaz? İstehsalat Birliyinin iddiası əsasında Mədəniyyət və Turizm Nazirliyinə qarşı borcun ödənilməsi barədə qaldırılmış məhkəmə işinə əvvəlcə 1 saylı Bakı İnzibati-Iqtisadi Məhkəmədə baxılıb. Həmin məhkəmənin çıxardığı qətnamə mübahisəyə son qoymadığından, şikayət verilib. Hazırda birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsi tərəfindən icraata qəbul olunub və araşdırılır?. Xəbərə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın sədrliyi ilə aprelin 16-da keçirilən proses təxirə salınıb: ?Hakim Elmira Nağıyeva həmin günü nəzərdə tutulan prosesdə qərarını elan etməyib. O, şikayət üzrə məhkəmə iclasını may ayının 7-nə təxirə salıb?. Tərəfləri dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA