MTN bakılılara at əti satanları tutdu; Dəstənin məhkəməsi bazlayır

img

21-04-2013 [05:59]


Milli Təhlükəsizlik ?azirliyi (MTN) Bakıda at əti satan 5 nəfərdən ibarət dəstəni həbs etsə də, cinayət işi üzrə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin apardığı istintaqdan narazılıq yaranıb. Mia.az "Reytinq" qəzetinin bugünkü sayına istinadən xəbər verir ki, Korrupsiya Qarşı Mübarizə İdarəsi həbs edilən 5 nəfərin cinayət işi üzrə əməliyyat-istintaq tədbirlərini bu yaxınlarda yekunlaşdıraraq məhkəməyə göndərib: "Məsələnin ən diqqətçəkən tərəfi isə idarənin rəisi Kamran Əliyevin aprelin 4-də təsdiq etdiyi ittiham aktında 5 nəfərlik dəstənin uzun müddət, özü də ucuz qiymətə at əti satdıqları paytaxtın məşhur restoranlarının cinayətə cəlb olunmamasıdır. Prokurorluq həmin restoranları yalnız zərərçəkən qismində prosesə cəlb edib. Halbuki, kiloqramı 3-4 manata satılan ətin mənşəyinin həmin restoranlarda şübhə doğurması mübahisəsizdir". Digər yandan, qanunla qəbul edilən ət və ət məhsulları üzrə rayon baytarlıq xidmətlərinin müvafiq rəyləri olmalıdır. Restoranlar isə bu rəy olmadan at ətini müştərilərinə yedizdirib. Amma prokurorluq hansısa səbəbdən bunu "gözdən qaçırıb". Ona görə də işin birtərəfli aparılması ilə yanaşı, həm də ortaya xeyli şübhəli məqamlar çıxıb. Mənbəmiz iş üzrə adı hallanan restoranlar barədə də məlumat verib. Məlumata görə, ittiham aktında zərərçəkən restoranlar sırasında Bülbül prospektində yerləşən "Boğaziçi", Mirqasımov küçəsindəki "Saray", Atatürk prospektindəki "Qarden", Təbriz küçəsindəki "Mərmərə", Qara Qarayev küçəsindəki "Antep" və digərləridir: "Artıq Kamran Əliyevin təsdiqlədiyi ittiham aktı aidiyyatı üzrə ?əsimi Rayon Məhkəməsinə göndərilib. Aprel ayının 17-də həmin məhkəmədə hakim Emin Mehdiyevin sədrliyi ilə hazırlıq iclası keçirilib və mayın 4-nə iş üzrə baxış təyin olunub". Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin məhkəməyə göndərdiyi ittiham aktında digər maraqlı məqamlar da var. Məhkəmənin gedişi ərəfəsində həmin məqamlarla bağlı oxucularımızı məlumatlandıracağıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA