Prokurorluq daha bir zirkətdə korrupsiya faktı azkarlayıb

img

18-04-2013 [07:36]


Respublika Prokurorluğu daha bir korrupsiya faktı ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Apelyasiya Məhkəməsindən daxil olan xüsusi qərar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Müəyyən edilib ki, 5 may 2011-ci il tarixdə ?Azərbaycan Lizinq Şirkəti? Məhdud Məsuliyyətli Cəmiyyətlə fiziki şəxs Bəşirov Balaca Mustafa oğlu arasında 80 min manat dəyərində 4 ədəd ?EKOSTAR TB 300? markalı isitmə sisteminin lizinq yolu ilə alınması barədə müqavilə bağlanıb. Lakin lizinq verənlə lizinq alan arasında təhvil-təslim protokolu imzalanmasına baxmayaraq müqavilədə qeyd olunan avadanlıqlar kənar şəxslərə satılmaqla onun pulu cəmiyyətin hesabına mədaxil edilməyib və bununla da həmin müəssisənin qanunla qorunan mənafelərinə mühüm zərər vurulub. Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və ya sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA