Deputata ağır ittiham: "Oğlumu Hüseynbala Mirələmovun tapzırığı ilə öldürüblər?

img

18-04-2013 [03:24]


Aprelin 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə ötən il iyulun 17-də Səbayel rayonu, Salyan şossesi, 32 ünvanında yerləşən ?Min bir gecə? restoranında törədilən qanlı cinayətlə bağlı məhkəmə hazırlıq iclası keçiriləcək. Qanlı olay zamanı qətlə yetirilən Ramal Bayramovun anası Nənəş İsmayılova cinayət işinin yenidən araşdırılmasını və əsl qatilin, sifarişçinin ortaya çıxarılmasını tələb edir. Bununla bağlı zərərçəkən prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, Milli Məclisini sədri Oqtay Əsədova və digər rəsmilərə müraciət edib. ?Oğlum Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlanları və qardaşı oğlanları tərəfindən qəsdən öldürülüb. Ancaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini, kriminalistika şöbəsinin rəisi, istintaq qrupunun rəhbəri Pərviz İbayev (seçki məhbuslarına sifarişli hökm çıxaran məşhur hakim Mənsur İbayevin oğludur-red.) oğlumu öldürən şəxsləri hansısa maddi maraq naminə gizlədib. Rəşad Mirələmov guya tək olub və oğlumu öldürüb. 16 mart, 2012-ci ildə Rəşid Behbudov küçəsi 58 saylı binanın yaxınlığında əslən Naxçıvandan olan Paşa Paşayev oğlumu öldürmək məqsədi ilə ona odlu silahdan çoxsaylı atəş açıb. Həmin vaxt oğlum ayağından yaralanıb. Paşayev oğlumu hadisə yerində köməksiz vəziyyətdə qoyaraq hansısa bir qüvvə tərəfindən ölkədən qaçırılıb. Hadisənin törənməsinə səbəb olan ailənin digər üzvü Orxan Paşayev olub. Sonuncu 9 mart, 2012-ci il tarixdə oğlumun yanında olan Lalə Şükürovaya qarşı ədəbsizlik etdiyinə görə aralarında söz-söhbət olub. Orxan təkrar-təkrar cinayət törədib və hansısa səbəbdən hüquq-mühafizə orqanları onu müdafiə edirlər? - deyə müraciətdə bildirilir. Məktub müəllifi yazır ki, P.Paşayev quldurluq, adam oğurluğu və digər cinayətlər törətdiyinə görə həbsdə olduğunu yazır: ?Yəni oğlum Rəşid Behbudov küçəsində yerləşən ?Nargin" klubunda ona qarşı olmuş ədəbsizliyə cavab versə də qarşı tərəf residivist olub və cinayət törətməyə çox meylli adam kimi məqsədli şəkildə addım atıb. Paşa Orxan Paşayevin tapşırığı ilə oğlumu odlu silahla vurub, ancaq istintaq orqanı bunu araşdırmaq üçün bir addım belə atmaq istəmir. Sizdən xahiş edirəm, Pərviz İbayevə göstəriş verəsiniz, kimə nə söz verib və ya kimdən nə alıb, qaytarıb özlərinə versin. Paşayev qardaşları tərəfindən oğluma qarşı işlənmiş cinayətin üstünün açılmasına və işin daha yaxşı, vicdanlı işini layiqincə bilən müstəntiqə tapşırılmasına göstəriş verməyinizi xahiş edirəm". Məktub müəllifi cinayətin sifarişçisi haqda da müraciət etdiyi rəsmilərə məlumat verir: ?Pərviz İbayev tərəfindən hazırlanmış ittiham aktında qeyd olunur ki, Rəşad Mirələmovla oğlumun arasında telefon danışıqları olub, bir-birilərini söyüblər. Bunu əsla düzgün hesab etmirəm, onlar bir-birilərini tanımayıblar. Mən hesab edirəm ki, oğlumu ?Min bir gecə" restoranına Hüseynbala Mirələmovun tapşırığı ilə çağırıb və öldürüblər. Belə ki, 16 iyuldan 17 iyula keçən gecə nə təlaş idi ki, Milli Məclisin deputatı Hüseynbala Mirələmovun oğlanları Rauf və Fərid Mirələmovlar, qardaşı oğlanları Cavid, Rəşad və digər yaxınları istirahət mərkəzinə yığışmışdılar? Hesab edirəm ki, sonuncular düşünülmüş şəkildə əvvəlcədən plan qurmaqla əlbir şəkildə mənim oğlumu öldürüblər. Cənub bölgəsini hər zaman qorxu altında saxlayan, istədiklərini etdirən Mirələmovlar artıq Bakıda, mərkəzdə cinayət şəbəkələrini yaradıblar. Ancaq istintaq orqanı hansısa səbəbdən və ya göstərişdən sonra bu xüsusatları araşdırmayıb. Qasımov Elnur Əşrəf oğlu ifadələrində göstərib ki, həmin gün ?Min bir gecə?də stol arxasında özündən başqa 5 nəfər olub; ikisi - dostları Elmar, Elmandır, digər üç nəfəri isə əvvəllər tanımayıb. Həmin şəxslərin birinin Rəşad, digər ikisinin isə Rəşadın yaxın qohumları olduğunu qeyd edib. Bu günə qədər istintaq orqanı həmin şəxslərin kimliyi barədə heç bir açıqlama verməyib. Qeyd olunanlardan görünür ki, Pərviz İbayev tərəfsiz olmamış və hansısa maddi maraq naminə istintaqı Mirələmovların fikirlərinə, ssenarilərinə uyğun olaraq aparıb. Hər nə olsa belə, qeyd etdiyim mütəşəkkil dəstənin mövqeyini müdafiə edib, cinayətin digər iştirakçılarını kənarda saxlamaq üçün əlindən gələni edib. Qasımovun gördüyü şəxslər kimlərdir? Oğlum Ramal Bayramovu xaricdən kim çağırıb? Onun ölümünün sifarişçisi kimdir? Əsl qatil kimdir? Bütün suallar cavabsızdır". Zərərçəkən yazır ki, R.Mirələmovun cənub bölgəsindən Bakı şəhərinə silah gətirməsi təhlükəlidir: ?Hesab edirəm ki, silah ona ?Min bir gecə" restoranında verilib. Ancaq iş materiallarında yazılıb ki, guya Rəşad oğlumu uzanıqlı vəziyyətdə vurub, yəni aşağıdan yuxarı. Ramalı yuxarıdan aşağı, tək atəşlə çox peşəkar şəxs vurub. Həmin şəxs Fərid Hüseynbala oğlu Mirələmov və Rauf Hüseynbala oğlu Mirələmov ola bilər. Ancaq Pərviz İbayev qeyd olunanları qətiyyən araşdırmayıb, hətta çalışıb ki, az qala mənim oğlum Ramal Bayramovu qatil çıxarıb qeyd etsin ki, mərhum özü-özünü vurub. Hər kəs bilir ki, mənim oğlumu öldürən Rəşad Mirələmov deyil. Sonuncunun əlinə silah veriblər və xahiş ediblər ki, təqsirləndirilən şəxs kimi o, müttəhimlər kürsüsündə otursun, hər şeyi üzərinə götürsün. Ona görə də qeyd etdiklərimi və mövcud qanunvericiliyi rəhbər tutaraq, xahiş edirik ki, oğlumun ölümü ilə bağlı başlanmış cinayət işinin yenidən araşdırılmasına və əsl qatilin və sifarişçinin ortaya çıxarılmasına göstəriş verəsiniz"(musavat.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA