ŞOK! Bakıda polisləri ölümcül döydülər

img

18-04-2013 [01:05]


Bakının Binəqədi rayonunda polis əməkdaşları ölümcül döyülüblər. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 4-cü polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Arif Məmmədov və Polis Akademiyasının 4-cü kurs tələbəsi Emin Həsənov ağır xəsarətlərlə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdiriliblər. Polis əməkdaşları aprelin 15-də Şahin Abbasova məxsus ərzaq mağazasında oğurluq etməkdə şübhəli bilinən şəxslərin izinə düşüblər. A.Məmmədov əməliyyat məlumatı əsasında oğurluqda şübhəli bilinən Şəmistan Məmmədov və Fariz Əliyevi ifadələri alınması üçün 4-cü polis bölməsinə dəvət ediblər. Onlar bölməyə getməyə etiraz ediblər və polisə müqavimət göstəriblər. Bu zaman məsələyə həmin şəxslərin qohumları da müdaxilə ediblər. Qohumlar polisləri döyüb, sonra isə daşa basaraq qovublar. Daşa basılan polislər ağır xəsarət alıblar. Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA