Azərbaycanda hərbçilər qəzaya düzdü, ölən və yaralananlar var

img

17-04-2013 [11:18]


Azərbaycanda hərbçilər ağır yol qəzasına düşüb. Hadisə Biləsuvar rayonu ərazisində baş verib. Biləsuvar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin ?N? saylı hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Rəşad Mənsimovun idarə etdiyi ?Mercedes? markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə maşında olan sərnişin, gizir Kənan Ataş oğlu İsgəndərov hadisə yerində ölüb. Avtomobilin sürücüsü və maşında olan digər sərnişin, kapitan Ramiz Murğuzov yüngül bədən xəsarəti alıblar. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA