Rəhim Qazıyevi Təhmasib Novruzovu sillələməkdə ittiham edirlər

img

09-04-2013 [05:32]


Keçmiş müdafiə naziri Rəhim Qazıyev müstəntiq Ziya Əliyevin çağırış vərəqəsi ilə Səbayel Rayon Polis İdarəsinə dəvət olunub. Buna hökumətyönlü QHT rəhbəri Təhmasib Novruzla bir il öncə baş vermiş insident səbəb olub. Sonuncu R.Qazıyev tərəfindən təhqir olunduğunu bildirib. ?Guya mən efirdə onu təhqir etmişəm, hətta redaksiya əməkdaşlarını söymüşəm. Sonra dəhlizdə Təhmasibi vurmuşam?, - R.Qazıyev telefonla Turan-ın müxbirinə bildirib. Müstəntiq dindirmədən sonra R.Qazıyevlə T.Novruzovu üzləşdirib. R.Qazıyevin sözlərinə görə, T.Novruzov bildirib ki, guya keçmiş nazir ona şillə vurub və qapaz atıb. Bundan sonra R.Qazıyev yenidən saat 16:00-da polisə çağırılıb. R.Qazıyev bütün bunları bir ay öncə prezidentə yazdığı açıq məktubla əlaqələndirib. Keçmiş müdafiə naziri məktubda ordudakı çatışmazlıqları sərt tənqid edib. Martın 19-da R.Qazıyev saxlanılıb və 6 saat DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qalıb. Ondan tənqidə son qoyması tələb olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA