Ekologiya Nazirliyində daha bir 200 minlik qalmaqal; Nazirlik bankı da məhkəməyə verdi

img

08-04-2013 [11:42]


Bir müddət öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzi rəhbərliyinin qanunsuz olaraq 260 min manat məbləğində vəsaiti rəsmiləşdirərək mənimsəmələri və eyni zamanda mərkəzin anbarındakı 65 min manatlıq mal-material çatışmazlığının aşkar edilməsilə bağlı yaranmış qalmaqallın səs-küyü bitməmiş, sözügedən nazirlikdə daha bir pul qalmaqalı baş verib. Mia.az ?Reytinq? qəzetinin son sayında dərc olunan məlumata istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə özəl şirkət və ona zəmanət məktubu verən bank arasında təqribən 200 min manatlıq vəsait uğrunda məhkəmə qalmaqalı yaşanır. Bizi məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir müddət əvvəl tenderdə qalib gələn və nazirliyin sifarişi ilə müəyyən işləri görən ?Bakı Terminal Komp Ltd? MMC və bir neçə ay əvvəl ləğv olunan, daha dəqiqi adı dəyişdirilən Texnikabank? ASC-ni məhkəməyə verib: ?Nazirlik məhkəmədən adıçəkilən şirkətin təqdim etdiyi və görülən işlərə görə tərtib olunan Forma-2 və Forma-3 sənəd və arayışlarının etibarsız hesab edilməsi ilə bərabər, həmin şirkətə və nazirliklə bağlanan müqavilə öhdəliyinə zəmanət verən ?Texnikabank? ASC-dən 201.480 (İki yüz bir dörd yüz səksən) manat məbləğin tutulmasını tələb edir?. Müsahibimizin sözlərinə görə, Ekologiya Nazirliyinin bu iddiasına 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsində baxılıb: ?Lakin həmin məhkəmənin çıxardığı qərardad mübahisəyə son qoymayıb. Qərardaddan verilmiş şikayət isə hal-hazırda Bakı Apellyasiya Məhkəməsində baxışdadır?. Apellyasiya şikayətinin Bakı Apelyasiya Məhkəməsinin hakimi Cahangir Yusifovun sədrliyi ilə araşdırıldığını deyən müsahibimizin sözlərinə görə, iş üzrə aprelin 4-də proses keçirilib: ?Lakin qərardad dəyişdirilməyib. Yəni 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmənin çıxardığı qərardad qüvvədə saxlanılıb. Bu qərardan Ali Məhkəməyə şikayət veriləcəyi də gözlənilir?. Məlumatlı şəxs deyir ki, nazirliyin cavabdehlərə qarşı hərəkətində məhkəmə mübahisəsində xeyli şübhəli məqamlar da var. Lakin məlumat şənbə günü daxil olduğundan tərəflərin mövqeyini öyrənə bilmədik. Bu səbəbdən də bəzi məqamlara toxunmadıq. Yazıda adları hallanan nazirlik, şirkət və bankın da mövqeyini dərc edə bilərik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA