Bakıda polisin poqonunu cırdılar - Kütləvi dava

img

07-04-2013 [11:48]


Bu gün saat 21 radələrində Bakının Nərimanov rayonu ərazisində kütləvi dava olub. ANS PRESS-in hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, Mayakovski küçəsi-9 ünvanında yerləşən kafenin müştəriləri ilə polis əməkdaşları arasında yaranan mübahisə sonradan davaya çevrilib. Sərxoş gənclər bir neçə polis əməkdaşına zor tətbiq ediblər, onlardan birinin poqonunu cırıblar. Dalaşan gənclərdən biri "Mən rəisin bacısı oğluyam" deyib və polis əməkdaşlarına qarşı zorakılıqda xüsusi fəallığı ilə seçilib. Sonra əraziyə Post-Patrul Xidmətinin bir neçə avtomobili və xeyli sayda polis əməkdaşı gəlib. Lakin onlar sərxoş gənclərə müdaxilə etməyiblər. Bir neçə dəqiqə hadisə yerində dayanan və baş verənləri müşahidə edən polis əməkdaşları ərazini tərk ediblər. Sərxoş gəncləri yalnız bundan sonra sakitləşdirmək mümkün olub. Hadisəni izləmək üçün əraziyə vətəndaşlar toplaşıb və Mayakovski küçəsində avtomobillərin hərəkətində problem yaranıb. Nərimanov rayon Polis İdarəsindən məlumat almaq mümkün olmayıb. İdarənin növbətçi hissəsindən ANS PRESS-ə bildirilib ki, onlarda kütləvi dava ilə bağlı heç bir məlumat yoxdur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA