Zakir Qaralov Fransa prokurorluğuna müraciət etdi

img

01-04-2013 [06:03]


Azərbaycanın Baş prokuroru Zakir Qaralov Ankara və Parisdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı həmkarlarına müraciətlər ünvanlayıb. Müraciətdə bildiirlir ki, 4 fevral 2013-cü il tarixdə Ankara şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı keçirilmiş aksiya zamanı bir qrup ermənipərəst şəxsin hücumuna məruz qalmış tədbir iştirakçılarından 7 nəfəri xəsarət alıb. Bundan başqa, cari il fevralın 26-da Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov da erməni diasporunun üzvləri tərəfindən döyülərək onlara bədən xəsarətləri yetirilib. Azərbaycan Respublikasının Baş prokuroru erməni diasporu və ermənipərəst qüvvələrin bu hüquqazidd əməllərini qəti şəkildə pisləyərək Türkiyə və Fransa hüquq mühafizə orqanlarından hadisələrin obyektiv və şəffaf şəkildə araşdırılmasının, təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmalarının təmin edilməsi üçün Türkiyə Respublikasının Yarqıtay Baş prokuroruna, Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokuroruna və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokuroruna müraciətlər edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA