Bakıda yeniyetmə oğlanı zorladılar

img

29-03-2013 [06:00]


Bakı şəhərinin Binəqədi rayonu ərazisində yeniyetmə oğlana qarşı seksual xarakterli zorakılıq edilməsi barədə polisə məlumat daxil olub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü oğlan Q.İ-nin həmcinsi tərəfindən qeyri-təbii yolla cinsi münasibətə məcbur edilməsi ilə bağlı martın 28-də məlumat daxil olub. Araşdırmalar nəticəsində məlum olub ki, 14 yaşlı oğlanı 1996-cı ildə Ukraynada anadan olmuş, Azərbaycan vətəndaşı olan X.A zorlayıb. X.A özündən yaşca kiçik həmcinsinə qarşı bu əməli Biləcəri qəsəbəsindəki Dəmiryolçular parkında həyata keçirib. 17 yaşlı X.A polis tərəfindən saxlanılıb. Faktla əlaqədar Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 150.2.3 (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə iş başlanılıb.#601;lumata g#601;lumata g

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA