General Rafiq Abbasovun qohumu 4 nəfərin ölümünə səbəb olub?

img

27-03-2013 [05:49]


Bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi Idarəsi Abşeronun Pirəkəşkül qəsəbəsi ərazisində ağır yol qəzası barədə məlumat yaymışdı. Həmin məlumatda deyilirdi ki, Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi ?Hyundai-Sonata? markalı və Urfan Şahbudaqovun idarə etdiyi ?Mercedes? markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan U.Şahbudaqov və onun sərnişinləri - anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölüblər. Digər sərnişinlər - U.Şahbudaqovun oğlu Natiq, Bakı şəhər sakinləri Idris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə Ayəddin Abbasov və onun sərnişini Samirə Cəbrayılova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. ?Azadlıq?a daxil olan məlumata görə, ?Hyundai-Sonata?nın sürücüsü Ayəddin Abbasov Bakı Şəhər Baş Polis Idarəsinin (BŞBPI) əməkdaşıdır. O, həmçinin BŞBPI-nin rəisi, general Rafiq Abbasovun qohumudur. Məlumatda iddia edilir ki, ağır qəzada təqsirkar da Ayəddin Abbasovdur. Hazırda onun DIN-in hospitalında müalicə aldığı bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA