Abzeronda dəhzətli qəza: bir ailənin 4 üzvü öldü

img

25-03-2013 [03:59]


Abşeron rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, Abşeronun Pirəkəşkül qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Ayəddin Abbasovun idarə etdiyi "Hyundai-Sonata" markalı və Urfan Şahbudaqovun idarə etdiyi ?Mercedes? markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan U. Şahbudaqov və onun sərnişinləri - anası Bahar, qızı Fidan və qohumu Sevinc xəstəxanaya aparılarkən yolda ölüblər. Digər sərnişinlər ? U. Şahbudaqovun oğlu Natiq, Bakı şəhər sakinləri İdris Şahbudaqov, Aydan Şahbudaqova, Xalidə Babayeva, habelə Ayəddin Abbasov və onun sərnişini Samirə Cəbrayılova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA