Gəncədə kriminal avtoriteti güllələyiblər

img

23-03-2013 [12:36]


Bu gün səhər saatlarında Gəncədə atışma olub. Cinayət aləmində tanınan İbrahim Fürətmənli güləllənib. Trend-in məlumatəna görə, Fürətmənli Gəncənin "Daş körpü" adlanan ərazisində cinayət aləmində tanınan digər şəxslərlə mübahisə zamanı "Makar" tapançası ilə güllələnib. Hadisə yerində iki güllə tapılıb. Hadisə nəticəsində Fürətmənli ağır yaralanıb. Gəncə şəhər Baş Polis İdarəsi də məlumatı təsdiqləyib. İdarədən bildiriblər ki, cinayəti törədən şəxs artıq saxlanılıb. Hadisənin motivləri və cinayəti törədən şəxsi kimliyi istintaq sirri olduğu üçün hələlik açıqlanmır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA