icra bazçısının korrupsioner qohumu qandallandı

img

20-03-2013 [05:38]


Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidovun daha bir yaxın qohumunun həbs edilməsi barədə məlumat yayılıb. Məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi icra başçısının qudasının oğlu İsmayılov Fəxri Fikrət oğlunu korrupsiya ittihamı ilə həbs edib. Fəxri İsmayılov rayondakı liseyin direktorudur. Araşdırmalar zamanı həbs edilən lisey direktorunun iş otağından 40 müəllimə bank tərəfindən verilən əmək haqqı kartı çıxıb. İddialara görə, direktor müəllimlərin üstünə əlavə dərs saatları yazıb, onların pulunu özünə götürürmüş. Dünən hüquq-mühafizə orqanlarındakı mənbələrdən qəzetimizə daha bir maraqlı məlumat daxil olub. Həmin məlumatda qeyd olunur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Göygöl rayon təhsil şöbəsinin müdiri Elbrus Atayev barəsində də araşdırmaya başlayıb. Hətta təhsil şöbəsi rəhbərinin yaxın günlərdə həbs ediləcəyi də bildirilir. Araşdırmalara səbəb isə təhsil şöbəsi rəhbərindən dövlət orqanlarına külli miqdarda şikayət ərizələrinin göndərilməsi olub. Baş Prokuror Zakir Qaralova göndərilən həmin şikayətlərin bir neçəsi də əməkdaşımıza təqdim edilib. Həmin məktubların birində qeyd olunur ki, 2007-ci ildə rayonda texniki təbiət fənləri təmayüllü lisey yaradılıb. Liseyə direktorluğu isə uzun illər Rusiya bazarlarında çalışan İsmayılov Fəxri təyin edilib. Təhsil şöbəsinin müdiri Elbrus Atayev isə Fəxri İsmayılova guya 1 saylı orta məktəbdə vaxtilə müəllim işləməsinə dair saxta sənəd verib. Sabir Məmmədov adlı əməkdar müəllim Baş prokurora ünvanlanan şikayət ərizəsində yazıb ki, Elbrus Atayev 1 saylı orta məktəbə 35 nəfərdən çox müəllimi rüşvət alaraq, işə götürüb: ?Həmin müəlllimlərə isə 6-8 saat isə dərs verilib. Elbrus Atayev daha da varlanmaq üçün məktəblərin hər birinə 100 ədəd geyim formasını baha qiymətə satıb?. Əməkdaşımızla söhbətində Elbrus Atayev rəhbəri olduğu qurumda yoxlamaların olduğunu təsdiqləsə də, başqa məlumat verməkdən imtina etdi: ?Bir yerdə iş varsa, orada yoxlama da ola bilər?. Özünün həbs olunacağına dair xəbərlərə gəlincə, Elbrus Atayev hazırda evində olduğunu dedi. Qeyd edək ki, Göygöl təhsil şöbəsinin Elbrus Atayevdən öncəki müdiri Keçmiş müdir Altay Göyüşov korrupsiya ittihamı ilə 9 il azadlıqdan məhrum edilib. Bununla bağlı məhkəmə və istintaq proseslərində də icra başçısı Arif Seyidovun adı çəkilirdi. Belə ki, Altay Göyüşov yığdığı pulları icra başçısına verdiyini demişdi. Böyük ehtimalla indiki yoxlamaların da bir ucu Arif Seyidova gedib çıxacaq. Rayonda baş qaldıran sosial narazılıq, qanunsuz idarəetmə və sair kimi hallar Arif Seyidovun tezliklə vəzifəsini itirəcəyi ehtimalını meydana çıxarır. /"Bizim yol"/

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA