Tofiq Yaqublunun apellyasiya zikayəti təmin olunmayıb; ilqar Məmmədovun da həbsi uzadıldı

img

14-03-2013 [08:59]


Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müavini Tofiq Yaqublunun apellyasiya şikayətinə baxılıb. Vəkil Akif Əlizadənin APA-ya verdiyi məlumata görə, məhkəmədə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb. Qeyd edək ki, T. Yaqublu barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətlə Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Həmin qərardan isə apellyasiya şikayəti verilib. Onu da əlavə edək ki, bu gün REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti də 2 ay uzadılıb. Vəkil Fuad Ağayev bildirib ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsi bu gün qərar verib. Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və ?REAL? hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilirlər. Məhkəmə T.Yaqublu və İ.Məmmədov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA