Elçin Əfəndiyevin keçmiz köməkçisinin vəkili prokurorluğu ittiham edir

img

13-03-2013 [11:02]


Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin işi üzrə həbs edilən baş nazirin müavinin sabiq köməkçisi Vaqif Hüseynin vəkili Elman Mustafayev müraciət yayıb. Müraciət Baş Prokurorluğun Vaqif Hüseynlə bağlı 7 mart tarixli açıqlamasına cavabdır. Elman Mustafayevin müraciətini ixtisarla təqdim edirik: ?07.03.2013-cü il tarixdə bir sıra saytlarda hüquqlarını müdafiə etdiyim Hüseyn Vaqif Əbdülhüseyn oğlunun guya cinayət törətməsi barədə Respublika Prokurorluğunun mətbuat xidmətinin rəsmi açıqlaması yayılmışdır. Baş Prokurorluğun mətbuat xidməti məlum Istintaq- əməliyyat qrupu tərəfindən Vaqif Hüseyn barəsində tərtib olunmuş ittiham aktının təsviri-əsaslandırıcı hissəsini mətbuata vermiş və mətbu orqanları da bu məlumatı yaymışlar. Əvvəla qeyd edim ki, istintaq orqanı 02.11.2012-ci il tarixdə Vaqif Hüseyn barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə Qərarında ?cinayət törətmişdir? ifadəsi işlətməklə, Vaqif Hüseynin Beynəlxalq Konvensiyalarda, Azərbaycan Konstitusiyasında, nəzərdə tutulan ?Təqsirsizlik prezumpsiyası? hüququnu pozmuşdur. Ikincisi, Vaqif üseynin ?Təqsirsizlik Prezumpsiyası? hüququ Səbail Məhkəməsinin hakimi Famil Nəsibov tərəfindən 02.11.2012-ci il tarixdə həbs qətimkan tədbiri seçilərkən pozulmuşdur(?...görünür ki, Vaqif üseyn dələduzluq etmişdir..?).Hakim öz qərarında Vaqif Hüseynin əməlinə əvvəlcədən hüquqi qiymət vermişdir. Üçüncüsü, Vaqif Hüseynin Ümumdünya səviyyəsində təsbit olunmuş bu hüququ Istintaq-Əməliyyat qrupu tərəfindən ittiham aktı tərtib edilərkən pozulmuşdur(?...Cinayət törətdikdən sonra Vaqif Hüseyn...?). Bu Ittiham aktının təsviri əsaslandırıcı hissəsi, yuxarıda qeyd etdiyim kimi, prokurorluğun mətbuat xidməti tərəfindən ictimailəşdirmək üçün kütləvi informasiya vasitələrinə verilmişdir. Avropa Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, ?məhkəmənin qanun qüvvəsini almış hökmü olmadan, vəzifəli şəxslərin təqsirləndirilən şəxsin təqsirliliyi haqqında vaxtından əvvəl verdikləri bəyanatları birmənalı şəkildə təqsirsizlik prezumpsiyası pozulması kimi qəbul edilir. Avropa Məhkməsi əsaslı olaraq diqqəti ona çəkir ki, məhkəmənin qanuni qüvvəsini almış hökmü olmadan şəxsin cinayət törətməsini müvafiq orqanların, yaxud vəzifəli şəxslərin elan etməsi kimi qanunsuz hallara rast gəlinir. Və Məhkəmə əsaslı olaraq belə hesab edir ki, bu yolla ictimai fikrə təsir edərək, hər hansı şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cəmiyyətdə onun günahkar obrazı yaradılmaqla, ictimai fikir formalaşdırılır. Azərbaycan reallığını nəzərə alsaq, bu yolla məhkəmələrə də təsir göstərilir... Təəssüf hissilə qeyd etməliyəm ki, Vaqif Hüseyn Beynəlxalq Konvensiyalar pozulmaqla, Avropa Məhkəməsinin presedentləri nəzərə alınmayaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ?Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı ?Insan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 30.03.2006-cı il tarixli 5 saylı Qərarının, ?Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında? Ali Məhkəmənin 03.11.2009-cu il tarixli Plenumunun 2 saylı Qərarının, Azərbaycan Respublikası Baş Prokurorunun ?Cinayət təqibi zamanı ?Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun prokurorluq orqanlarında nəzərə alınması haqqında? 01.12.2006-cı il tarixli 09/84 saylı Əmrinin tələbləri pozulmaqla tutulmuş, həbs edilmiş, cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəməyə verilmişdir"(?Azadlıq?).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA