17-ci kalonda qiyam; Məhbuslar yeməkdən imtina etdilər

img

12-03-2013 [11:20]


Bu gün Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Binə qəsəbəsində yerləşən ?17- ci kalon? kimi tanınan 17 saylı cəzaçəkmə müəssisəsində məhbuslar qiyam qaldırıb. AzNews.az-a daxil olan məlumata görə, qiyam edən məhbuslar yeməkdən imtina ediblər. Buna səbəb cəzaçəkmə müəssisəsində məhbuslara olduqca keyfiyyətsiz və az yeməyin verilməsi olub. Ümumiyyətlə son zamanlar bir çox cəzaçəkmə müəssisələrindən xoşagəlməz xəbərlər yayılmaqdadır. Məhbus yaxınlarını bildirdiyinə görə, Mədət Quliyev Pentensiar Xidmətə rəis təyin edildikdən sonra cəzaçəkmə müəssisələrində vəziyyət olduqca gərginləşib. Məhbusların saxlanma şəraiti, yeməyin azlığı, məhbuslara işgəncə verilməsi kimi hallar daha tez-tez müşahidə olunmağa başlayıb. Ən çox problemlərin müşahidə olunduğu müəssisələrdən biri də məhz ?17-ci kalon?dur. Bu kalon sovet dövründə 2 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sahəsi olub. 90-cı illərdə məhkumların çoxluğu nəzərə alınaraq bu istehsalat sahəsi cəzaçəkmə müəssisəsinə çevrilib. Ümumiyyətlə bu müəssisə çətin kalon hesab edilir və məhbusların saxlanma şəraiti olduqca pisdir. Lokal tipli müəssisə olan bu kalonda məhkumların bir-birindən hasar vasitəsilə təcrid edilib. Məhbuslar dəfələrlə suyun olmaması, yeməyin azlığı və keyfiyyətsizliyi, barakların qızdırılmaması, işığın fasilələrlə verilməsindən şikayətləniblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA