Azərbaycanda ana və körpəsi doğuz zamanı ölüb

img

12-03-2013 [10:49]


Azərbaycanda ana doğuş zamanı dünyasını dəyişib. Hadisə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Sadıyeva Rəşidə Məhəmməd qızı ötən gün ikinci doğuşla əlaqədar xəstəxananın doğum şöbəsinə daxil olub. Lakin doğuş tam başa çatmamış ana və uşaq dünyasını dəyişib. Mərhumun meyidi müayinə olunmaq üçün ekspertizaya göndərilib. Ölümün səbəbləri araşdırılır. Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Zaqatala rayon şöbəsindən APA-ya bildirilib ki, doğuş zamanı dünyasını dəyişən qadının meyiti hələ tam müayinədən keçirilməyib: ?Ona görə də ölümün səbəbləri barədə hələlik nə isə demək çox tezdir?. Zaqatala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Zülfüqar Mahmudov APA-ya hamilə qadının doğuş zamanı öldüyünü təsdiqləyib. Baş həkim qeyd edib ki, R. Sadıyeva hamiləliyi tam başa çatmamış, doğuşa 4 həftə qalmış xəstəxanaya daxil olub: ?Xəstənin vəziyyəti yaxşı olmadığı üçün onu Bakıya göndərməyə qərar verdik. Qadın Bakıya gedərkən yolda reanimobildə dünyasını dəyişib?. Baş həkim həmçinin xəstənin ölümünün ilkin səbəblərini də açıqlayıb: ?Xəstədə maye açılıb və o enbaliyadan dünyasını dəyişib?. Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA