icra bazçısının həbs etdirdiyi qadın həbsxanada aclığa bazladı

img

12-03-2013 [10:00]


Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin iddiasına əsasən icra başçısına böhtan atmaqda təqsirləndirilərək 4,6 ay müddətinə azadlıqdan məhrum edilən rayon sakini Şəfəq Səfərəliyeva həbsxanada aclıq aksiyasına başlayıb. Artıq Kürdəxanı həbsxanasında cəza çəkən Ş. Səfərəliyeva aclıq aksiyasına başlaması barədə həbsxana rəhbərliyinə, eləcə də vəkilinə məlumat verib. Daha sonra isə bu barədə hüquq-müdafiə və qadın təşkilatlarına müraciət hazırlanıb. Ş. Səfərəliyeva aclıq aksiyasının səbəbi məhkəmənin istintaq aparılmadan barəsində qərar verməsidir. İcra başçısına böhtan atmaqda ittiham edilən qadın öz növbəsində L. Babayevin ona təcavüz etdiyini bildirir. Hazırda iş baxılmaq üçün Ali Məhkəməyə göndərilib. Ş. Səfərəliyevanın vəkili Mirzə Rəhimov isə AzNews.az-a açıqlamasında onu aclıq aksiyası fikrindən daşındırmağa çalışdığını deyib: ?Sonuncu dəfə Şəfəq xanımla görüşəndə mənə aclıq aksiyasına başlayacağını bildirdi. Ancaq mən onu fikrindən çəkindirməyə çalışdım. Çünki işə növbəti instansiyada baxılır?(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA