Deputatın qohumunun izi Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək

img

11-03-2013 [01:36]


Deputat Əsabil Qasımovun ötən ilin iyul ayında həbs edilən xalası oğlu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İmişli rayon Sosial Müdafiəsi Mərkəzinin direktoru Nazim Xəlilovun istintaqı bitmək üzrədir. Mia.az Reytinq qəzetinə istinadən xəbər verir ki, ötən ilin iyul ayının 13-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən xidməti otağında həbs olunmuş N.Xəlilovun istintaqı artıq yekunlaşmaq üzrədir: "Əslində, həbsin ilk üç ayı ərzində irəli sürülən ittiham üzrə istintaqı yekunlaşdıra bilərdilər. Amma hansısa səbəbdən prosesi uzatdılar. Görünür, burada məqsəd təkcə nazir Füzuli Ələkbərovla bağlı sual yaradacaq məsələ olmayıb. Yəqin ki, istintaqın Əsabil Qasımovdan da hansısa gözləntisi olub. Ona görə də Nazim Xəlilovun istintaqı 9 aydır ki, uzanır". Məlumatda bildirilir ki, N.Xəlilovun bir ara azadlığa buraxılması məsələsi də gündəmə gəlib: "Lakin hansısa səbəbdən mövqe dəyişildi və Nazim Xəlilovun barəsində seçilmiş həbs-qətimkan tədbiri uzadıldı. Bu isə onun işinin məhkəməyə göndəriləcəyi qənaətini möhkəmləndirib". İstintaqı bitmiş sayılan N.Xəlilovun işi bu ayın sonu və ya apreldə ərazi yurisdiksiyası üzrə Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək: "Düşünürəm ki, artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı uzatmaq bəhanəsi ola bilməz. Bunun əksi istintaq və onun rəhbərliyi barəsində ictimaiyyət arasında mənfi rəyin möhkəmlənməsinə zəmin yaradar". Həmsöhbətimiz əlavə edib ki, N.Xəlilovun həmin məhkəmədə cərimə və şərti işlə azadlığa buraxılması da mümkündür: "Düşünürəm ki, onun və mərkəzin bir neçə əməkdaşının haqqında olan materiallar ağır cəzadan qurtulmağa imkan verir. Xüsusən də həbsinin ilk günündən Nazim Xəlilovun barəsində seçilən 179.3.2 maddəsinin götürülməsi müzakirə mövzusu olub. Əgər bu maddə götürülərsə, o zaman sabiq direktor yüngül cəza ilə oyundan çıxa bilər. Mənə qaranlıq qalan məqam isə odur ki, Baş Prokurorluq niyə o zamandan indiyə qədər Xəlilovun müavinini istintaqa cəlb eləmədi? O, yalnız şahid kimi istintaqda ifadə verib. Halbuki, çəkiliş zamanı onun da kabinetində başqalarına məxsus kartlar zibil yeşiyindən götürülüb. Bu fakt da istintaqın hərtərəfli aparılmadığını və gələn sifarişə uyğun davranıldığını göstərir". Xatırladaq ki, N.Xəlilov korrupsiya şəbəkəsi yaratmaqda, uzun müddət dövlət büdcəsindən ayrılmış külli miqdarda ünvanlı sosial yardım vəsaitlərini mənimsəməkdə ittiham olunaraq həbs edilib. O, dələduzluq və vəzifədən sui-istifadə (179.3.2-ci və 308.2-ci maddələri) də təqsirli bilinir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA