Baz redaktorun təcridxana rəisindən zikayəti üzrə qərar veriləcək

img

09-03-2013 [01:43]


Ötən il sabiq deputat Gülər Əhmədovanın şikayəti ilə həbs olunmuş və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedən ?Xural? qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı İstintaq Təcridxanasının rəhbərliyinə qarşı verdiyi şikayət üzrə martın 15-də növbəti iclas keçiriləcək. Mia.az-a daxil olan xəbərdə bildirilir ki, baş redaktor və onun vəkili təcridxanaya qarşı iddia qaldıraraq, görüşlərinin konfedensiallığına imkan verilməməsindən narazılıqlarını bildiriblər: ?Lakin işə baxan 2 saylı Bakı İnzibati İqtisadi Məhkəmə baş redaktor Əvəz Zeynallı ilə vəkili Elçin Sadıqovun şikayətlərini təmin etməyib. Ona görə də qərardan apellyasiya şikayəti verilib?. Məlumata görə, Əvəz Zeynallı ilə Elçin Sadıqovun birgə verdiyi apellyasiya şikayəti artıq Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxışa qəbul olunub: ?İşə sözügedən məhkəmədə hakim Ülvü Mayılovun sədrliyi ilə baxılır. Hakim şikayət üzrə fevralın 27-nə təyin olunmuş prosesdə qərarını elan etməyib. Çox güman ki, martın 15-ə təyin edilmiş iclasda hakim şikayət üzrə qərarını verəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA