Azərbaycan millət vəkili yol qəzasında ölüb

img

08-03-2013 [12:11]


Azərbaycanda millət vəkili yol qəzasında ölüb. APA-nın məlumatına görə, hadisə Balakən-Gürcüstan sərhəd yolunda qeydə alınıb. Gürcüstandan Balakən istiqamətində hərəkət edən, Milli Məclisin deputatı Hikmət Atayevin idarə etdiyi ?VAZ-2106? markalı maşın ?VAZ-21015? markalı maşınla toqquşub. Nəticədə H. Atayev aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib. Balakən rayon Polis Şöbəsindən bildiriblər ki, millət vəkili Gürcüstandan gəlirmiş və avtomobildə onunla bir yerdə oğlu da olub. Qəzada millət vəkilinin oğlu ciddi xəsarət almayıb. Qəza zamanı digər avtomobilin sərnişinin isə ağır xəsarət aldığı bildirilir. Hikmət Atayev 1953-cü ildə Zaqatala şəhərində anadan olub. 2006-cı il mayın 13-də 110 saylı Zaqatala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Sosial siyasət daimi komissiyasının, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Finlandiya, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA