24 yazlı gənci gecə bıçaqladılar

img

06-03-2013 [10:57]


Bu gecə Bakının Səbail rayonu Bayıl qəsəbəsində 24 yaşlı gənc oğlan bıçaqlanıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan Məmmədov Etibar Cəlil oğlu 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan zaman onun sol kürək və bud nahiyyəsində çoxsylı bıçaq yaraları aşkar edilib. Cərahi əməliyyatdan sonra Etibar Məmmədovun həyatı xilas edilib. Qeyd edək ki, artıq faktla bağlı Səbail rayon polis idarəsi və 8-ci polis bölməsinə məlumat verilib. Zərərçəkənin ilkin izahatı da alınıb. Araşdırma zamanı 24 yaşlı Etibar yaşadığı evin yaxınlığında tanımadığı şəxslər tərəfindən bıçaqlandığı ortaya çıxıb. Hazırda qanlı hadisəni törədən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir (anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA