Azərbaycan Ordusunun bir əsgəri intihar etdi, biri minaya düzdü - Yenilənib

img

04-03-2013 [11:14]


Azərbaycan Ordusunun əsgəri intihar edib. Hadisə Tərtər rayonunda yerləşən ?N? saylı hərbi hissədə qeydə alınıb. Həmin hərbi hissədə xidmət edən, əsgər Orxan Ələmxan oğlu Mirzəzadə tabeliyindəki silahdan atəş açaraq özünü öldürüb. Daha bir əsgərimiz isə minaya düşüb.Hadisə cəbhə bölgəsində qeydə alınıb. Əsgər İbrahim Rauf oğlu Heydərov minaya düşərək ağır yaralanıb. Yaralı hərbçi hospitala yerləşdirilib. APA ***** Müdafiə Nazirliyi Tərtər rayonu N saylı hərbi hissədə ölən əsgərlə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindənverilən xəbərə görə, martın 3-də saat 21.50-də N saylı hərbi hissənin əsgəri 1993-cü təvəllüdlü Mirzəzadə Orxan Ələmxan oğlu təhlükəsizlik qaydalarını pozaraq tabeliyindəki avtomat silahdan atəş açıb, nəticədə o, aldığı güllə yarasından dünyasını dəyişib. Hhadisə ilə baglı cinayət işi başlanıraraq, istintaq araşdırması aparılır. Digər bir xəbər isə minaya düşən əsgərlə bağlıdır. Martın 3-də N saylı hərbi hissəsinin əsgəri 1993-cü il təvəllüdlü Heydərov İbrahim Rauf oğlu piyada əleyhinə minaya düşüb. Yaralı əsgər hospitala yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA