Bakıda yüksəkmərtəbəli bina yanır, Sakinlər evakuasiya olundu

img

28-02-2013 [12:26]


Bakıda hündürmərtəbəli bina yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, Nizami metrostansiyasının yaxınlığında, Bəsti Bağırova küçəsində yüksəkmərtəbəli binanın liftinin şaxtasında yanğın başlanıb. Yanğın nəticəsində binanın birinci mərtəbəsindən yuxarıya qədər qatı tüstü bürüyüb. Hadisə yerinə 4 yanğınsöndürən maşın yollanıb. İlkin ehtimala görə, hadisəyə şaxtada baş verən elektrik xətlərində yaranan nasazlıq səbəb olub. Hazırda hadisə yerində yanğınsöndürənlər işləyir. **** Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürmə maşını gəlib. Binanın ikinci mərtəbəsindən sonuncu mərtəbəsinə kimi tüstülənmə baş verir. Bina sakinləri evakuasiya edilib. Hadisə yerinə əlavə 2 yanğınsöndürmə maşını da gəlib. Sakinlərin dediyinə görə, hadisənin elektik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA