Rəsul Quliyev partiyanı maliyyələzdirməkdən imtina edib

img

27-02-2013 [12:59]


er Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) rəhbərliyində təmsil olunan beş nəfərə məktub yazaraq bundan sonra partiyaya maliyyə ayırmayacağı barədə onları məlumatlandırıb. Rəsul Quliyev partiya rəhbərliyinə maliyyələşməni bundan sonra üzvlük haqlarının toplanması ilə həyata keçirməyin məqsədəuyğun olduğunu bildirib?. Bu məlumatı əməkdaşımıza ACP Ali Məclisinin üzvlərindən biri verib. Xəbərə görə, Rəsul Quliyevdən məktub alan 5 nəfərdən biri buna sərt etirazını da bildirib. Mənbə deyib ki, məhz Rəsul Quliyevin bu xəbərdarlıq və təlimat xarakterli məktubundan sonra fevralın 23-də Ali Məclisin iclasında artıq üzvlük haqlarının yığılmasına başlamaq barədə qərar verilib. İndiyə qədər ACP-də üzvlük haqqı yığılmırmış. Deyilənləri rəsmən dəqiqləşdirmək üçün ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva ilə danışdıq. Z.Dünyamalıyeva bildirdi ki, Rəsul Quliyevin onlara hər hansı məktub və maliyyələşmə ilə bağlı nəsə deməsi barədə məlumat həqiqəti əks etdirmir. Ancaq Ali Məclisin bundan sonra üzvlük haqlarının toplanacağı qərarı barədə məlumat doğrudur: ?Rəsul müəllim heç kimə məktub göndərməyib. Bizim skype vasitəsilə danışıqlarımız olur. Bu yaxınlarda da partiyanın bir sıra üzvləri ilə skype ilə danışdı. Bizə maliyyələşmə ilə bağlı heç bir tapşırıq, xəbərdarlıq olmayıb. Mən Rəsul Quliyevin partiyaya maliyyə ayırdığını, pul göndərdiyini heç vaxt görməmişəm, eşitməmişəm. Bəlkə də bu maliyyə söhbəti ona görə ortaya çıxıb ki, Ali Məclisin 23 fevral sessiyasında üzvlük haqqı ilə əlaqədar normativ qəbul etdik. Partiya üzvlərinin üzvlük haqqı verməsi adi qaydadır. ACP yeni yaranan partiya olduğu üçün indiyə qədər üzvlük haqqı yığılmırdı. Qərara aldıq ki, bundan sonra üzvlük haqları yığılsın. Biz bunu Rəsul Quliyevin tapşırığı ilə yox, günün tələbinə uyğun olaraq etdik. Qərarlaşdırdıq ki, hər partiya üzvü ayda cəmi 1 manat üzvlük haqqı ödəsin?. Bu məsələyə dair Rəsul Quliyev özü də ?Yeni Müsavat?a açıqlama verdi. O məlum iddia ilə bağlı bunları dedi: ?Mənim partiya üzvlərinə, rəhbər şəxslərə belə bir müraciət məktubum olmayıb, ümumiyyətlə, bu həqiqətdən çox şayiəyə oxşayır. Çünki müraciət üçün məktub göndərməyin özü artıq qeyri-ciddidir. ACP-nin hər bir üzvü partiyanın işini kifayət qədər aktivləşdirmək üçün maliyyənin tələb olunduğunu bilir. Düşünürəm ki, hökumətin maliyələşdirdiyi partiyalardan başqa digər bütün siyasi təşkilatların liderləri maliyyə problemləri ilə rastlaşır və onu partiya üzvləri ilə müzakirə edir. Hələ ki mən bu məsələni partiya üzvləri ilə müzakirə etməmişəm. Ancaq bu yaxınlarda müzakirə edə bilərəm?(musavat).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:24 07.05.2025

Sabah yağış yağacaq