Şirkətlə bank arasında milyonluq məhkəmə qalmaqalı

img

27-02-2013 [10:42]


?Azercell? şirkətinin rəsmi distributeri olan ?Baktel? MMC ilə daha bir bankın milyon manata yaxın vəsait uğrunda məhkəmə çəkişməsi davam edir. Bu barədə mia.az daxil olan məlumata görə, əsasən ?Azərcell?in danışıq kontur kartlarının satışını həyata keçirən ?Baktel? MMC ilə ?Azəriqazbank? ASC arasındakı 950 min manata yaxın kredit borcunun qalmaqalı bitər-bitməz, sözügedən MMC-nin indi də ?Dəmirbank? ASC ilə məhkəmə qalmaqalı qızışıb. Bizi məlumatlandıran informasiyalı şəxsin sözlərinə görə, ?Baktel? MMC-yə qarşı iddia qaldıran ?Dəmirbank? ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədən həm adıçəkilən MMC-dən, həm də MMC-nin iri məbləğli krediti üçün əmlaklarını girov qoymuş fiziki şəxslərdən pulunu geri istəyir: ?Bank məhkəmədən borcun girovda olan əmlaklara yönəldilməsni tələb edib. Məhkəmə mübahisəsi ötən ilin aprel ayında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə araşdırılıb. Lakin həmin məhkəmənin qətnaməsi MMC və fiziki şəxsləri qane etmədiyindən apellyasiya şikayəti verilib?. Müsahibimizin sözlərinə görə, apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsində baxışa qəbul olunub: ?Şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Hüseynovun icraatına verilib. Hakim iş üzrə fevralın 22-nə iclas saatı təyin etmişdir. Doğrusu, prosesin necə davam etdiyini bilmirəm. Dəqiqləşdirmə apardıqdan sonra sizə əlavə məlumat verərəm?. Məsələ ilə bağlı yazıda adları hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA