Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərginləzib

img

22-02-2013 [10:21]


Cəbhədə vəziyyət gərginləşib. Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacalı və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Ağdam rayonunun işğal olunmuş Mərzili, Cəvahirli və Şıxlar, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Göyarx, Füzuli rayonunun Aşağı Veysəlli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən movqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri avtomat, pulemyot və iriçaplı pulemyotlardan atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətidnən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA