Bakı Baz Gömrük idarəsinin həbsdə olan vəzifəli zəxslərinin cəzaları yüngülləzdirilib

img

21-02-2013 [11:35]


Bu gün Bakı Apelyasiya Məhkəməsində Dövlət Gömrük Komitəsi və özəl şirkətin rüşvət almaqda ittiham olunan əməkdaşlarından ibarət dəstə üzvlərinin məhkəməsi başa çatıb. Teleqraf.com xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılov, Dövlət Gömrük Komitəsinin ?Azərterminalkompleks? Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompüter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev, özəl şirkət əməkdaşları ? Gülnarə Mehdiyeva, Tofiq Kazımov, Elmira Bədirova, Rövşən Rüstəmov, Yasəf Abbasov, Həsənağa Məmmədov, Zəfər Süleymanov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və 178-ci (dələduzluq) maddələri ilə ittiham ediliblər. Onlar rüşvət müqabilində ?Aqrolizinq? Açıq Səhmdar Cəmiyyətinə avtomobil nəqliyyatı vasitəsi ilə ?soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar?ın daxil olmasını göstərən yük gömrük bəyannamələrini, ?Elektrikquraşdırma? müəssisəsinin guya Rusiya Federasiyasında yerləşən ?Enerqomaşstroy? Məhdud Məsuliyyətli Cəmiyyətindən, eləcə də ?Samur-Abşeron Su Tikinti? Törəmə Müəssisəsinin guya Rusiya Federasiyasında yerləşən ?Torqovıy Dom TMK? Açıq Səhmdar Cəmiyyətindən dəmir yolu nəqliyyatı ilə qara metallardan məmulatlar, metal konstruksiyalar və digər inşaat materiallarının idxal olunması barədə yük gömrük bəyannamələrini saxta tərtib edərək vəzifə saxtakarlığı ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müseyib Əzizov 4 il, Mirələm İsmayılov 8 il, İsmayıl Əhmədov 9 il 6 ay, Natiq Quliyev 5 il 6 ay, Tofiq Kazımov 5 il, Zəfər Süleymanov 4 il, Yasəf Abbasov 5 il 6 ay, Həsənağa Məmmədov 5 il, Rövşən Rüstəmov 4 il, Gülnarə Mehdiyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elmira Bədirova isə 3 min manat cərimə edilib. Bir müddət əvvəl həmin hökmdən təqsirləndirilən şəxslər apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və məhkəmənin hökmü dəyişdirilib. Məhkəmənin qərarına əsasən Zəfər Süleymanov, Tofiq Kazımov və Rövşən Rüstəmovun cəzası 1000 manat cəriməyə endirilib və onla həbsdən azad ediliblər. Bundan əlavə Müseyib Əzizov və Gülnarə Mehdiyevanın apelyasiya şikayəti qismən təmin edilib. Məhkəmə Müseyib Əzizova 2 il, Gülnarə Mehdiyevaya isə 4 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edib. Məhkəmə Baş Prokurorluğun təqsirləndirilən şəxslərin cəzasının ağırlaşdırılması ilə bağlı protestini təmin etməyib. Daha sonra qərarda qeyd edilir ki, digər təqsirləndirilənlər ? Mirələm İsmayılov, Natiq Quliyev, İsmayıl Əhmədov və Elmira Bədirovanın barəsində olan hökm qüvvədə saxlanılıb. Bundan sonra Ali Məhkəməyə kasasiya şikayəti verilib. Ali Məhkəmə kasasiya şikayətinə baxıb və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə yenidən qərar açıqlanıb. Qərara görə, birinci instansiya məhkəməsinin hökmündə yenə də dəyişiklik olub. İsmayıl Əhmədov Mirələm İsmayılov və Natiq Quliyevin apelyasiya şikayətləri qismən təmin edilib. Məhkəmə İsmayıl Əhmədov 4 il 6 ay, Natiq Quliyev 2 il Mirələm İsmayılova 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA