Bakıda qanlı hadisə: 22 yazlı gənc tanızına çoxsaylı bıçaq zərbələri vurub

img

21-02-2013 [10:58]


Xətai rayonu ərazisində qanlı hadisə baş verib. Xatai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Nəsrəddin Tusi küçəsi 29/42 ünvanında 22 yaşlı oğlan 29 yaşlı tanışına çoxsaylı bıçaq zərbələri vurub. Belə ki, 1991-ci il təvəllüdlü Royal Elçin oğlu Zamanov şəxsi mübahisə zəminində 1984-cü il təvəllüdlü Rəşad Mehdi oğlu Cəfərovla dava edib. Royal Rəşada gücü çatmadığı üçün ona çoxsaylı bıçaq zərbələri vurub. Hadisə zamanı Rəşad Cəfərov ağır yaralanıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır. Royalı isə polis saxlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA