Sevinc Babayevanın oğlu yenidən prokurorluqda dindirilib

img

20-02-2013 [05:22]


Fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı video görüntülərdə vasitəçi qismində adı hallanan Sevinc Babayevanın oğlu Ayxan Məmmədov növbəti dəfə prokurorluqda dindirilib. Bu barədə APA-ya A.Məmmədov özü məlumat verib. Onun sözlərinə görə, iki gün əvvəl Bakı Şəhər Prokurorluğuna çağırılıb, növbəti dəfə izahatı alınıb: ?Əvvəl nə danışmışdımsa, bu dəfə də istintaqa eyni şeyləri danışdım?. A.Məmmədov anasının ölümü ilə bağlı təyin olunmuş ekspertizanın nəticələrinin yaxın günlərdə açıqlanacağını da qeyd edib. Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq olunan cinayət işi üzrə axtarışda olan Sevinc Babayeva Türkiyənin ?Medicana International İstanbul Hospital? xəstəxanasında vəfat edib. Xəstəxanadan verilən ilkin məlumata görə, S. Babayeva həmin tibb müəssisəsinə başqa ad və soyadla (Məryəm Solmaz) daxil olub və ürək çatışmazlığından vəfat edib. Azərbaycanın Baş prokuroru xüsusi tapşırıq qaydasında Azərbaycan Ədliyyə Nazirliyi vasitəsi ilə Türkiyə Ədliyyə Nazirliyinə müraciət edərək Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının ekspertizanın aparılmasında iştirak etməsi barədə məsələ qaldırıb və bu məqsədlə Azərbaycan Prokurorluğu və Daxili İşlər Nazirliyinin əməkdaşları Türkiyə Respublikasına ezam olunublar. #601; g

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA