Bakıda ?BMW? içərisində 3 nəfərlə birlikdə yandı

img

19-02-2013 [01:48]


Bu gün saat 11:55 radələrində Bakının Şıxov qəsəbəsində Salyan yolunun 32-ci kilometrliyində içərisində insanların olduğu minik avtomobili yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, BMW markalı 10 .. 905 dövlət nömrə nişanlı avtomobil birdən alışıb. Verilən məlumata görə, avtomobilin içərisində 3 nəfər köməksiz insane qalıb. Daxil olan məlumata əsasən dərhal hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. Maşının içərisində olan 3 nəfər xilas edilib və maşın söndürülüb. Yanğın nəticəsində 2 nəfər ağır, 1 nəfər isə yüngül yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hadisənin nə səbəbdən baş verməsi araşdırılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA