Rüstəm Ibrahimbəyovla Rövnəq Abdullayevin təxirə salınmız məhkəməsi start götürür

img

18-02-2013 [07:29]


?Milyarderlər ittifaqı?nın və Ziyalılar forumunun üzvü, tanınmış kinorejissor Rüstəm İbrahimbəyovun paytaxtda teleqülləyə yaxın ərazidə layihə dəyəri 20 milyon manat olan Kino Evi tikintisi üçün aldığı torpaq sahəsini ARDNŞ tərəfindən zəbt edilməsi səbəbindən xeyli müddətdir davam edən məhkəmə çəkişməsindən yeni xəbər var. Xatırladaq ki, tanınmış kinorejissor Rüstəm Ibrahimbəyovun qanuni sənədlərlə fiziki şəxslərdən aldığı torpaq sahəsini bir neçə il əvvəl Dövlət Neft Şirkəti (ARDNŞ) həmin ərazinin onlara məxsus olduğu iddiası ilə edərək zəbt edib. Rüstəm İbrahimbəyov isə bununla razılaşmayaraq, məhkəməyə müraciət edib. Ancaq işə ilk baxan Səbail rayon Məhkəməsi ARDNŞ-i haqlı duruma gətirən qərar verib. İbrahimbəyovun adıçəkilən məhkəmənin çıxardığı qətnamədən verdiyi şikayət isə Bakı Apellyasiya Məhkəməsində ötən ilin iyun ayından bu günə qədər dondurulmuş vəziyyətdə salanılıb. Daha dəqiqi, məhkəmə ötən ilin oktyabr ayında iş üzrə ekspertiza keçirilməsi qərarı verdiyindən proses təxirə salınmışdı. Mia.az-ın məhkəmədən əldə etdiyi xəbərə görə, R.İbrahimbəyovun şikayəti üzrə təxirə salınmış məhkəmə işinə bu həftə Bakı Apellyasiya Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə start veriləcək: ?Hakim Cəmilə Səfiyeva oktyabrın 4-dən təxirə saldığı prosesə fevralın 21-də start verəcək?. Məsələ ilə bağlı Rüstəm İbrahimbəyovla bərabər, tərəflərin də rəsmi mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA