Ramil Usubov iki rayona polis rəisi təyin etdi

img

16-02-2013 [10:15]


Fevralın 16-da daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Şirvan və Salyan Polis Şöbələrinə yeni rəislər təyin olunub. Şirvan Şəhər Polis Şöbəsinə bir neçə gün əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsindən sərəncama götürülən Şahin Mirzəyev rəis təyin olunub. Salyan Rayon Polis Şöbəsinə isə bundan sonra Ağstafa RPŞ-nin sabiq rəisi Namiq Həsənov rəhbərlik edəcək. Buna qədər Salyanın polis rəisi nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov idi. O, bu günlərdə daxili işlər naziri R.Usubovun əmri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA