Azərbaycanda sərxoz sürücü yol polis zabitini döydü

img

12-02-2013 [12:48]


Ağcabədi rayonunda sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törətmiş şəxs yol polisi zabitinə qarşı zorakılıq hərəkətləri edib. Lent.az-ın məlumatına görə, Bəhramtəpə-Mingəçevir yolunun Ağcabədi rayonu ərazisindən keçən hissəsində Şıxalı Azad Eyvaz oğlu sərxoş vəziyyətdə idarə etdiyi maşını başqa bir avtomobilə vurub. Nəticədə ciddi xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Hadisə yerinə Ağcabədi rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Polis baş leytenantı Əliyev Mahir Aslan oğlu xidməti vəzifəsinə uyğun olaraq qəzanı aktlaşdırmağa başlayıb. Lakin hadisəni törətmiş sürücü A.Şıxalı polis zabitinə mane olmağa çalışıb. O, M.Əliyevdən akt yazmamağı tələb edib. Hətta sərxoş vəziyyətdə olan sürücü yol polisi əməkdaşına hücum edərək, ona yumruq və təpiklə xəsarətlər də yetirib. Hadisədən sonra sərxoş sürücü həbs olunub və onun barəsində Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə iş başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA