Azərbaycanda 20 yazlı qız 29 yazlı sevgilisini öldürdü

img

12-02-2013 [12:40]


Dünən axşam saatlarında Şəmkir rayonunda qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən lent.az-a verilən məlumata görə, Mahmudlu kəndində, kənd sakini 1993-cü il təvəllüdlü Qafarova Sədaqət Məhəmməd qızı həmkəndlisi 1984-cü il təvəllüdlü Xudiyev Elmar Əli oğlunu bıçaqlayaraq qətlə yetirib. S.Qafarova qeyri-rəsmi nikah münasibətində yaşadığı oğlanın ürək nahiyəsinə 1 bıçaq zərbəsi endirməklə ona ağır xəsarət yetirib. 29 yaşlı oğlan dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsinə səbəb kimi, ?sevgililər? arasında münasibətlərin pozulması göstərilir. Məlumata görə, E.Xudiyev evli olub və onun 3 uşağı var. Faktla əlaqədar Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA