ismayıllıda daha 6 nəfər polisə aparılıb

img

06-02-2013 [01:34]


Fevralın 6-da İsmayıllı rayonunun Hacıhəsənli kəndinin 6 sakininin polisə aparıldığı bildirilir. Məlumata görə, bunlar Şahin Əliyev, Rza Əhmədov, Qürbət Xəlilov, İlham Ramazanov, Ülfət Qəribov və Mahir Əliyevdir. Bu barədə AzadlıqRadiosuna adı çəkilən şəxslərin yaxınları məlumat veriblər. Hazırda onların polis və prokurorluq əməkdaşları tərəfindən dindirildiyi bildirilir. Rayon polis şöbəsinin rəis müavini Şöhrət Cəfərov isə AzadlıqRdiosuna saxlananlardan xəbərsiz olduğunu deyib. İsmayıllı hadisələrinə görə saxlananların sayı rəsmi məlumatlara görə 14-ə çatıb. Onlar özgənin əmlakını qəsdən məhvetmə və ?hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərməkdə ittiham olunurlar. Yanvarın 23-də gecə İsmayıllıda kütləvi etiraz aksiyası başlayıb. Aksiyaçılar rayondakı ?Çıraq? motelini, bir neçə maşını, icra başçısının həyətindəki bəzi tikililəri yandırıblar. ?Azadlıq!?, ?İstefa!? şüarları səsləndirən etirazçılar icra başçısının istefasını, saxlananların buraxılmasını, rayondakı özbaşınalıqlara son qoyulmasını tələb ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA