BŞBPi Yasamal rayonunda baz verən silahlı insidentlə bağlı məlumat yaydı

img

06-02-2013 [11:44]


Bakı Şəhər Baş Polis İdarəsi Yasamal rayonunda baş verən silahlı insidentlə bağlı məlumat yayıb. İdarədən APA-ya verilən məlumatda bildirilir ki, fevralın 5-də saat 22.30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən ?Elbaro? restoranında Bakı şəhər sakini - 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu ona məxsus ?Sayqa? markalı ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğluna və oğlu 1993-cü il təvəllüdlü Eminə bud nahiyəsindən xəsarət yetirib. Yasamal rayon Polis İdarəsi, 28-ci Polis Bölməsi keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov tutulub. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA