Bakıda fəhlə 8-ci mərtəbədən yerə yıxılaraq öldü

img

05-02-2013 [12:03]


Bakının Xətai rayonunda çoxmərtəbəli binanın tikintisi zamanı bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən verilən məlumata görə, Telnov küçəsində tikilən binada fasadın suvanması zamanı fəhlə Nizami Əlihüseyn oğlu Babayev 8-ci mərtəbədən yerə yıxılıb. Fəhlə hadisə yerində ölüb. İlkin məlumata görə, hadisə təhlükəsizlik qaydalarına əməl etməmək üzündən baş verib. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA