Azərbaycan və Ermənistan XiN rəhbərlərinin görüzü - pessimist nəticə

img

04-02-2013 [12:13]


Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdəki son görüşü də nəticə baxımdan fərqlənmir. Bizi razı salmayan bir ənənə yaranıb. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda NATO Beynəlxalq Məktəbinin (NISA) ?Xəzər regionunda təhlükəsizlik sahəsində çağırışlar? mövzusunda keçirilən qış sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Diplomat Ermənistan xarici işlər nazirinin görüşdə nümayiş etdirdiyi mövqenin əvvəlki görüşlərdən fərqlənmədiyini bildirib. Araz Əzimovun sözlərinə görə, Paris görüşü də ürəkaçan olmayıb: "Ermənistana tərəfinə çatdırmaq istədiyimiz təkliflər bəlkə də heç düşünülmədən qəbul edilmədi. Bundan başqa, onlardan bəzi kritik mesajların verildiyini də nəzərə alsaq, ola bilsin, mənfi inkişafa doğru meyl hiss olunur. Minsk prosesinə yeni bir təşəbbüs verilməlidir. Azərbaycana tərəfi bu təşəbbüsü irəli sürüb. Lakin əfsuslar ki, Ermənistan buna müsbət cavab vermir?. Qeyd edək ki, tədbirdə Azərbaycan və 17 ölkədən nümayəndələrin iştirak edir. İştirakçılar Xəzər regionunda potensial ziddiyyət mənbələri, enerji təhlükəsizliyi məsələləri, Qafqazda hərbi münaqişələr və təhlükəsizlik mövzularını müzakirə edəcəklər. Tədbirdə tanınmış alimlər, ekspertlər, diplomat və siyasətçilərin çıxışları nəzərdə tutulur. Sessiyanın işinə fevralın 9-da yekun vurulacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA