Rusiyanın tanınmız akademiki TURSAM ilə əməkdazlıq edəcək

img

10-02-2013 [10:30]


bər verildiyi kimi, artıq özünün srtukturlarını formalaşdıran TURSAM Strateji Araşdırmalar Mərkəzi türkdilli ölkələrdə öz təmsilçiliklərini yaradır. Bundan başqa, bir-neçə Türk muxtariyyətini öz coğrafiyasında tutan Rusiya Federasiyası da TURSAM-ın prioritet regionlarından biridir. Odur ki, Rusiya Federasiyası ilə əməkdaşlıq TURSAM Strateji Araşdırmalar Mərkəzinin qarşısında duran əsas məqsədlərdən biridir. Uzun sürən danışıqlardan sonra Rusiya Federasiyası Milli Elmlər Akademiyasının həqiqi üzvü, sosiologiya elmləri doktoru, professor, akademik Vladimir İvanoviç Patruşev TURSAM Strateji Araşdırmalar Mərkəzinin Rusiya regionu üzrə beynəlxalq məsləhətçisi təyin olunmuşdur. Rusiyanın tanınmış elm adamlarından biri olan akademik Vladimir İvanoviç Patruşev sosioloji idarəetmə, noosfera sosiologiyası, dövlət və bələdiyyə idarəetməsi, təşkilati sosiologiya, əmək sosiologiyası, texnoloji sosiologiya sahələrində çoxlu sayda elmi əsərlərin müəllifidir. İndiyə kimi Vladimir İvanoviçin 20 elmi monoqrafiyası, 30 tədris vəsaiti və 200-dən çox elmi məqaləsi işıq üzü görmüşdür. Akademik Vladimir İvanoviç Patruşev Rusiya Federasiyası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ?Dövlət idarəçiliyi və dövlət qulluğunun hüquqi təminatı? kafedrasının professoru, Sosial Texnologiyalar və Yerli Özünüidarəetmə Akademiyasının birinci vitse-prezidenti, Təhlükəsizlik, Müdafiə və Sabitlik Problemləri Akademiyasının vitse-prezidenti, ?Bələdiyyə Dünyası? jurnalının baş redaktorudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA