Şəmkirdə dəhzətli yanğın; 5 nəfər yandı, 2-si öldü

img

31-01-2013 [01:00]


Respublika Baş Prokurorluğu və Fövqəladə Hallar Nazirliyi Şəmkirdə baş verən yanğınla bağlı məlumat yayıb. Qurumların mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 01 radələrində Şəmkir çayı üzərində su anbarının tikintisini həyata keçirən Türkiyənin ?Çingiz? inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadıqları yataqxanada yanğın baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti, maşın və mexanizmləri cəlb edilməklə yanğının qarşısı alınmış, yanğının genişlənməsinə və binanın digər hissələrinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində binanın 300 kvadrat metr ərazisi yanmış, həmçinin tikintidə çalışan fəhlələr-Türkiyə Respublikası vətəndaşları 1988-ci il təvəllüdlü Engin Yaşar və 1968-ci il təvəllüdlü Aladdin Özden ölmüşlər. 1986-cı il təvəllüdlü Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keçkin və 1963-cü il təvəllüdlü Levent Sürül isə aldıqları yanıq xəsarətləri ilə əlaqədar Bakı şəhərindəki 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsinə yerləşdirilmiş, vəziyyətləri orta ağırdır. Hazırda xəstələrə zəruri ilkin tibbi yardım göstərilir. Şəmkir rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitlərə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. Yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA